Konqres üzvləri tənqid olundu
Bizi izləyin

Dünya

Konqres üzvləri tənqid olundu

ABŞ-ın “Houston Chronicle” qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən yazı dərc edib.

10 Konqres üzvünün və onların 35 yardımçısının Azərbaycan paytaxtına səfərində qanun pozuntularının qeydə alındığını vurğulayır. Söhbət sabiq senator Riçard Luqarın da qatıldığı 2013-cü ilin may ayında Heydər Əliyev Mərkəzində təşkil olunan konfransdan gedir.

ANS TV-nin Vaşinqton bürosu “Konqresmenlərə qarşı kampaniyanın arxasında kimlər dayanır? Konqres üzvləri hər hansı qanun pozuntusuna yol veriblərmi? sualına cavab tapmağa caılışıb: “ABŞ qanunları millət vəkilləri üzərində lobbiçiliyi qadağan etmir. Qadağan olunan - 2008-ci ildə qəbul olunmuş qanuna əsasən şirkət və korporasiyaların millət vəkillərinin fəaliyyətini maliyyələşdirilməsidir. Burada müəllif sübut etməyə çalışır ki, güya 10 Konqres üzvünün Bakıya səfərinin arxasında ABŞ-da qeydiyatdan keçmiş qeyri-hökumət təşkilatları deyil, Azərbaycan Neft Şirkəti dayanır. Onlar bunun konfransın posturları arasında adıçəkilən şirkətin loqosunun olması ilə izah edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm