Afrika liderləri Vaşintona toplanır: ABŞ peşman olub
Bizi izləyin

Dünya

Afrika liderləri Vaşintona toplanır: ABŞ peşman olub

ABŞ paytaxtında Afrika liderlərinin sammitinin keçirilməsi bu qitədə Çinin artan təsirinə Vaşinqtonun cavab addımıdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “The Guardian” qəzetinə açıqlamasında Vaşinqtondakı Afrika maraqlarının dəstək qrupunun rəhbəri Melvin Fut deyib.

O, qeyd edib ki, Çinin son illər Afrika qitəsində nüfuzunun xeyli yüksəlməsi ABŞ-ı narahat etməyə başlayıb. “Amerika Afrikadakı təsiri və hörmətini itirir. Mən Afrika ölkələrinə səfərlərimdə bu barədə tez-tez eşidirəm”, - M.Fut bildirib.

O, həmçinin əlavə edib ki, qitə ölkələrinə səfərlərində Çinin maliyyəsi ilə inşa olunan böyük infrastruktur obyektlərini görüb. Halbuki, ABŞ həmin obyektlərin tikintisini maliyyələşdirməkdən vaxtilə imtina etmişdi.
“The Guardian” qəzeti Afrika regionunda Çinin artan təsirini qitə ölkələrində çinli mütəxəssisləri daimi yaşaması və çalışması ilə izah edir. Böyük Britaniya nəşri hesab edir ki, Obamanın narahatlığı heç də əsassız deyil. Belə ki, ötən il Çin və Afrika ölkələri arasında ticarət dövriyyəsi 200 milyard dollar təşkil edib.

Pekin qitədən neft və faydalı qazıntılar idxal edir. Çinin Afrikaya ixracatda əsas payı elektronika və geyim məhsulları tutur. Qeyd edək ki, Vaşinqtonda Afrika liderlərinin sammiti avqustun 4-dən 6-dək keçiriləcək. Sammitdə biznes və ticarət məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm