Atəşkəs üçün irəli sürülən 12 şərt
Bizi izləyin

Dünya

Atəşkəs üçün irəli sürülən 12 şərt

Misirin paytaxtı Qahirədə Qəzzada baş verənlərlə bağlı atəşkəs müzakirələri başlayıb.

Axar.az xəbər verir ki, danışıqlarda Fələstini təmsil edən Qətər, Suriya, Liviya və Fələstindən olan heyət iştirak edir. Müzakirələr mətbuata bağlı qapılar arxasında keçirilir.

Fələstin Prezidenti Mahmud Abbas hücumların dərhal dayandırılmasını və Misirin təklif etdiyi atəşkəsi qəbul edilməsi barədə çağırış edib.

HƏMAS-dan olan heyətə Qətər nümayəndəsi İzzət Əl-Risk başçılıq edir. Fələstin tərəfinin atəşkəs üçün irəli sürdüyü şərtlər aşağıdakı kimidir:

  1. İsrail əsgərləri Qəzzadan geri çəkilməli.
  2. İsrail yenidən Qəzzaya ordu yeritməyəcəyi, sui-qəsdlər törətməyəcəyi, evləri bombalamayacağı, Qəzza səmalarında İsrail hərbi təyyarələrinin uçuş həyata keçirməyəcəyi barədə zəmanət verməlidir.
  3. 2012-ci il razılaşması çərçivəsində mühasirə aradan qaldırılmalı.
  4. Sərhəd məntəqələri açılmalı və ticari malların girişinə icazə verilməli. İqtisadi və maliyyə sanksiyaları aradan qaldırılmalı.
  5. Qərbi Yaxa və Qəzza Şeridi arasında insanların keçidinə icazə verilməli.
  6. Qəzza Şeridi bölgəsində 12 dəniz milinə qədər məhsulların ovlanmasına icazə verilməli.
  7. Qəzzada aerodrom açılmalı.
  8. Qəzza limanı yenidən inşa edilməli.
  9. Qəzza Şeridi sərhəd məntəqəsində “tampon bölgə” tətbiqi ləğv edilməli.
  10. 10-12 iyundan sonra Qərbi Yaxada nəzarətə alınanlar sərbəst buraxılmalı. Ələ keçirilən mallar sahiblərinə qaytarılmalı.
  11. Qəzzanın yenidən abadlaşdırılmasına başlanılmalı, lazımi materialların, yanacağın, humanitar yardımların keçidinə icazə verilməli.
  12. Qəzzanın yenidən abadlaşdırılması üçün lazım olan maliyyənin təmini üçün Norveçin rəhbərliyi altında Avropa, Ərəb ölkələri, ABŞ, Yaponiya, Türkiyə, Rusiya və İslam ölkələrinin qatılacağı bir konfrans keçirilməli.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm