Kəşfiyyat erməni prodüseri ölkədən qovdu - Foto
Bizi izləyin

Dünya

Kəşfiyyat erməni prodüseri ölkədən qovdu - Foto

Ukrayna daxilində təxribat və yalan xəbərlər yaydığına görə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın "Russia Today" beynəlxalq telekanalının erməni prodüseri Alina Emprimyanı ölkədən deportasiya edib.

Axar.az xəbər verir ki, o, Ukraynanın Zakarpatye vilayətində ara qarışdırmaqla diqqət çəkib. Təhlükəsizlik və kəşfiyyat əməkdaşlarının diqqətini Empimyanın həm Amerika, həm də Rusiya vətəndaşlığını təsdiqləyən vəsiqələri cəlb edib. Müəyyən izləmə və nəzarətdən sonra onun şübhəli addımlar atması müəyyənləşib.

"Russian Today"ə açıqlamasında isə erməni prodüser ona qarşı haqsızlıq olunduğunu deyib.

Xatırladaq ki, Rusiyanın adı çəkilən telekanalı ermənilərin nüfuz etdiyi media institutlarındandır və əksər hallarda erməni təbliğatı ilə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm