• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

BMT İsraili ittiham etdi

  • Dünya
  • 4 Avqust 2014 07:01
  • 348 Baxış
BMT İsraili ittiham etdi

"Son bir həftədə İsrail hərbi qüvvələrinin Birləşmiş Millətlər Təşkilatına məxsus məktəblərə ikinci dəfə hücum etməsi əxlaqı dəyərlərin təhqiri və cinayət aktıdır".

BMT-nin baş katibi Ban Ki Mun ötən gün İsrailin Fələstinin Qəzza zolağına müdaxiləsini şərh edərkən bu cür açıqlama verib. Ban Ki Mun hücuma görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq qanunları kobud şəkildə pozduğunu və buna görə ədalət qarşısında cavab verməli olduğunu deyib.

Rəfah rayonuna edilən hücum nəticəsində 10 nəfər ölmüş, 30 nəfər yaralanmışdı. Ölənlər arasında azyaşlı uşaqlar da var. Şahidlər hücum zamanı insanların ərzaq növbəsində olduqlarını deyib.

İsrailin zorakılıqlardan qaçan insanların sığınacaq kimi istifadə etdiyi məktəbləri təsadüfən vurması isə, qeyri-mümkündür. BMT rəsmiləri İsrail hərbisinə məktəblərin dəqiq kordinantları barədə dəfələrlə xəbərdarlıq etdiklərini məruzə ediblər.

“Onlar bu sığınacaqların hansı məntəqələrdə yerləşdiyini bilirlər. Bu cür hücumlar necə davam edə bilər?! Heç bir fikrim yoxdur. Söz tapmıram” – deyə BMT-nin Fələstinli qaçqınlarla iş üzrə agentliyinin rəsmisi Robert Törner qeyd edib.

Artıq bir aya yaxındır ki, davam edən qarşıdurmalarda Fələstin tərəfindən ölənlərin sayı 1800-ə çatıb. Yüzlərlə insan yaralanıb. İsrail isə, indiyə qədər 64 əskər və 3 mülki vətəndaş itirib.

Hazırda Qəzza zolağında döyüşlər davam edir. İsrail ordusu bir qədər əvvəl qoşunların bir hissəsini mülki bölgələrdən geri çəksə də, hərbi rəhbərlik bunun strateji bir gediş olduğunu, qoşunların yenidən lazımi mövqelərdə yerləşdirildiyini bildirib.

Mənbə
Euronews


Xəbər lenti

DAHA ÇOX XƏBƏR