İsrail kəşfiyyatı Kerrini dinləyib
Bizi izləyin

Dünya

İsrail kəşfiyyatı Kerrini dinləyib

Son zamanlar Qərb ölkələri arasında münasibətlərin pozulmasına səbəb olan məxfi telefon dinləmələrində İsrail kəşfiyyatı da iştirak edib.

Almaniyanın Der Şpigel qəzeti bu barədə açıqlama yayıb. Məlumata görə, İsrail kəşfiyyatı Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerrinin Yaxın Şərqə dair danışıqlarını məxfi şəkildə dinləyib.

Ötən il Con Kerri İsrail ilə Fələstin arasında sülh əldə olunması üçün vasitəçilik missiyasını üzərinə götürmüşdü. Məhz həmin görüşlərin dinlənildiyi xəbərdə yer alır. İsrail rəhbərliyi hələlik iddialarla bağlı rəsmi münasibət bildirməyib. Der Şpigel qəzeti danışıqların MOSSAD təşkilatı ilə yanaşı bir neçə kəşfiyyat agentlikləri tərəfindən də təqib olunduğunu deyib.

İddialar Kerri ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. Bir müddət əvvəl canlı efirdə olduğunu unudan Kerri İsrail hərbisini Qəzzaya müdaxiləsini təndiq etmişdi.

Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm