Saakaşvilinin ümidi apelyasiya məhkəməsinə qaldı
Bizi izləyin

Dünya

Saakaşvilinin ümidi apelyasiya məhkəməsinə qaldı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş iki nazir - Zurab Adeişvili və David Kezeraşvili Tiflis apelyasiya məhkəməsinə müraciət edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Rustavi-2” telekanalı bildirib.

“Məhkəmə bizim tərəfimizdən təqdim edilən arqumentləri nəzərə almadı. İttiham haqqında qətnamə heç bir sübut olmadan çıxarılıb. Prokurorluq əvvəlcə ittihamı təqdim edib, daha sonra isə Burdjanadzeni (parlamentin keçmiş sədri) sorğu-sual etməyə və sübutları yaratmağa başlayıb. Konkret hədəf Mixail Saakaşvili və onun yaxın ətrafıdır. Qalanlar onları maraqlandırmır. Bu isə onu göstərir ki, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi siyasi sifarişdir”, - vəkil Otar Kaxidze deyib.

Mixail Saakaşvili, Zurab Adeişvili və David Kezeraşvili vəzifə səlahiyyətlərinin aşmaqda ittiham edilir.

Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbiri kimi qiyabi həbs hokmü çıxarıb.

Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib və bir daha geri qayıtmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm