AB-dən Rusiyaya daha bir sanksiya – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

AB-dən Rusiyaya daha bir sanksiya – SON DƏQİQƏ

Avropa Birliyi Rusiya Hava Yollarının səfərlərini dayandırıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Avropa Birliyi (AB) Ukrayna böhranına görə Rusiyaya sanksiyalarını genişləndirməkdədir. Belə ki, Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində AB Rusiyaya aid “Dobrolet” hava yolları şirkətinin bütün səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məsələ ilə əlaqədar şirkətdən verilən açıqlamaya görə, “Boinq 737-800” təyyarələrinin lizinq müqaviləsinin ləğv edilməsi ilə əlaqədar şirkət avqustun 4-dən etibarən bütün səfərlərini dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, “Aeroflot” Rusiya Hava Yolları nəzdində fəaliyyət göstərən “Dobrolet” hava yolları şirkəti 2014-cü ilin iyun ayından Moskva-Simferepol (Krım – red.) reysi üçün ucuz bilet satmaqla diqqət cəlb edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm