Separatçı kamikadze ukraynalıların postuna hücum etdi – FOTOLAR
Bizi izləyin

Dünya

Separatçı kamikadze ukraynalıların postuna hücum etdi – FOTOLAR

Ukrayna ordusunun “Krivbas” batalyonunun blokpostuna kamikadze hücumu olub.

Hadisə dünən gecə saatlarında baş verib.

Publika.az xəbər verir ki, bu haqda “Krivbas” batalyonunun komandiri Nikolay Kolesnik öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, içinə partlayıcı maddə qoyulmuş avtomobil saatda 100 kilometr sürətlə blokposta tərəf şütüyüb.

Lakin ukraynalı döyüşçülər vaxtında atəş açaraq sürücünü öldürüblər. İdarəetməni itirən avtomobil meşə sahəsinə yuvarlanıb.

Avtomobilə baxış keçirərkən ön oturacaqdan iki mina aşkarlanıb. Həmin minalar zərərsizləşdirilib.

Sürücünün üzərindən qondarma Luqansk Xalq Respublikasının möhürü olan buraxılış vəsiqəsi tapılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm