Xərçəng xəstəliyinin müalicəsində inqilabi yenilik
Bizi izləyin

Dünya

Xərçəng xəstəliyinin müalicəsində inqilabi yenilik

İngiltərədə genetik müalicə sahəsində inqilabi yenilik əldə ediblər. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, alimlərin apardığı araşdırma 20 il ərzində xərçəng xəstələrinin kimyaterapiyaya ehtiyacını aradan qaldırmağa hesablanıb.

Bunun üçün insanın gen xəritəsi hazırlanacaq, zədələnmiş, xərçəngə meyilli olan hüceyrələrin müəyyən edilməsiylə xərçəngə səbəb olan genlər müəyyənləşdiriləcək. Dörd il ərzində 75 min xərçəng xəstəsinin genetik xəritəsi hazırlanacaq.

300 milyon sterlinqlik layihədə bütün xəstələr və onların birinci dərəcəli yaxınlarının genetik kodlarının düzümü əldə ediləcək. Xəstələrin həm sağlam, həm də xəstə hüceyrələrinin DNT-si ilə 10 min kodluq düzüm hazırlanacaq. Bunun sayəsində müəyyən edilən xəstə genlərə yönələn müalicələr və dərmanlar hazırlanacaq.

Alimlərin fikrincə, çoxlu əlavə təsirləri olan kimya terapiyaya qarşı hazırlanan bu üsulun eyni uğura sahib olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm