Çində ölənlərin sayı 381-ə çatdı
Bizi izləyin

Dünya

Çində ölənlərin sayı 381-ə çatdı

Çində baş verən zəlzələ böyük tələfata səbəb olub.

Axar.az xəbər verir ki, Çinin Yunnan əyalətinin Caotonq şəhərində 6.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 381 nəfərə yüksəlib.

Çinin “Şinhua” agentliyinin verdiyi məlumata görə, zəlzələ baş verən bölgədə 12 min evin dağılıb, 30 min ev ciddi ziyan görüb.

Hadisə ilə bağlı 392 xilasetmə qrupu, 12 təlim görmüş it və 300-dən çox polis əraziyə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm