Dünya
Jirinovskini 10 ilədək həbs cəzası gözləyir
Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski və "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov barəsində axtarış elan edib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib. Axtarış barədə informasiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.
Rusiya Dövlət Dumasının deputatları Ukrayna cinayət məcəlləsinin 260-cı maddəsi (qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsi, onların silah, döyüş sursatları və hərbi texnika ilə təmin olunması) ilə ittiham olunur. Günahının sübut ediləcəyi halda bu maddə ilə ittiham olunanları 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi Ukraynanın
şərqində terrorizmin maliyyələşdirilməsində şübhəli sayılan
S.Mironov, G.Züqanov və V.Jirinovski barəsində araşdırmalara
başlayıb. Nazirliyinin əsas istintaq idarəsi adıçəkilən şəxslərdən
başqa biznesmen Konstantin Malafeyev və Rusiya müdafiə naziri
Serqey Şoyqunu dindirilməsi üçün Kiyevə çağırıb.
Rusiya Liberal Demokrat Partiyasının başçısı Kiyevə getməyə
hazır olduğunu deyib.
Amma siyasətçi bildirib ki, bunun üçün rəsmi çağırışı
gözləyir.
Ömər Dağlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək