Ukrayna Donetsk ətrafına ağır hərbi texnika yığır
Bizi izləyin

Dünya

Ukrayna Donetsk ətrafına ağır hərbi texnika yığır

Ukrayna ordusu Donetsk ətrafına yüzlərlə hərbi texnika cəmləyib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın “Twitter” hesabında bildirilib. “Ukrayna ordusu Donetsk ərtafına yüzlər zirehli texnika və artilleriya sistemi, “Uraqan, “Smerç” “Qrad” və “Toçka-U” raket kompleksləri yerləşdirib”, -xəbərdə deyilir.

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi bu barədə xəbər vermiş, amma ağır texnika və raket kompleklərinin sayını açıqlamamışdı. Qeyd edək ki, Ukrayna prezidentinin məsləhətçisi Yuri Lusenko Donetskin alınması üçün planın mövcudluğunu və bu planın terrorçular üçün gözlənilməz olacağını bildirmişdi. O, Donetskin ələ keçirilməsinin qələbənin 90 faiz qazanıldığı anlamına gəldiyini söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm