Tiflisli Kələntəryanın Rusiya xarici işlər naziri Lavrova çevrilməyi: “Qanım doğurdan da erməni qanıdır” - FOTOLAR
Bizi izləyin

Dünya

Tiflisli Kələntəryanın Rusiya xarici işlər naziri Lavrova çevrilməyi: “Qanım doğurdan da erməni qanıdır” - FOTOLAR

Ermənilərin milli özəlliklərindən biri yaşadıqları ölkələrdə uğur və karyera yüksəlişinə nail olmaq üçün öz ad-soyadlarını həmin ölkəyə uyğun dəyişmələridir. Sadə bir misal çəkək: xalis erməni soyadı olan Saakyan – Gürcüstanda Saakaşvili, Rusiyada Saakov ya da Türkiyədə Saakoğlu kimi dəyişdirilə bilər. Bəs soyadlarını dəyişməkdə ermənilərin məqsədi nədir? Aydındır ki, postsovet məkanı və Yaxın Şərq regionunda dövlət yaradan titullu xalqlar dövlətin idarəolunması işində milli azlıqların əsas vəzifələrə irəli çəkilməsində ehtiyatlı davranırlar.

Tarixən hiyləgərlikləri ilə seçilən ermənilər isə bu maneəni aşmaq üçün soyadlarındakı “yan” sonluğundan həvəslə qurtulurlar. Beləcə, milli azlıqların dövlət postlarını tutmasında xəsislik göstərən Gürcüstanda Aleksandr Nalbandov xarici işlər nazirinin müavini postunu tuturdu. Düzdü, 2010-cu ildə o tutduğu vəzifədən azad olunaraq Sloveniya və Slovakiyada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin olundu. Amma istənilən halda soyad sonluqlarından imtina edən ermənilərin yaşadıqları ölkədə karyera sıçrayışı etməsinə aid presedentlər çoxdur.

Bu nümunələr içərisində ən diqqətəlayiq olanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov nümunəsidir. Düzdür, Lavrovun istər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında, istər onun bitirdiyi Moskva Beynəlxalq Əlaqələr İnstitutundakı tərcümeyi-halında bu barədə danışılmır. Nə qədər gizlədilməyə cəhd edilsə də, Sergey Viktoroviç Lavrovun erməni mənşəyinin olması danılmazdır.

Modern.az saytı Sergey Lavrovun həyat yolunu işıqlanıdrır.

Sergey Lavrov 1950-ci il martın 21-də anadan olub. Bir çox informasiya saytları onun Moskvada anadan olduğunu iddia etsə də, əslində o, Tiflis şəhərində andan olub. Bununla bağlı gürcü mətbuatının apardığı obyektiv araşdırmalar da həmin faktı ortaya qoyub. Belə ki, Sergey Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

Kələntərovlar uzun illər boyu Tiflisdə yaşayıblar və Rusiya İmperiyası dövründə varlı ailə hesab olunublar. Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İnqilabdan sonra ailənin mülkü müsadirə olunsa da, Kələntərovlar heç zaman ehtiyac içində yaşamayıblar. Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.

Gələk əsas məsələyə - Sergey Kələntərovun Sergey Lavrova çevrilməsinə. Məsələ ondadır ki, Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir.

Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. İnstitutun Şərqşünaslıq fakültəsində Şri-Lankadakı azsaylı Sinqal xalqının dilini öyrənib. Lavrov bundan başqa, ingilis və fransız dillərində də öz biliklərini zənginləşdirir.

1972-ci ildə institutu bitirən Lavrov gizli erməni kimi sürətli karyera yüksəlişinə nail olur. 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışır. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub.

O, bu önəmli postda 10 il çalışıb. Çoxları onun tezliklə xarici işlər naziri postunu tutacağını ehtimal edib. Belə də olur, 2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyir. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunur. Beləliklə, tarixi hadisə baş verir: erməni milliyyətli şəxs Rusiyanın 1 nömrəli diplomatı olur.

Maraqlıdır ki, nazir postuna gedən yolda öz nüfuzuna arxalanan Lavrov erməni mənşəyi ilə bağlı sübutları məxfiləşdirir. Buna rəğmən nazir postunda onun erməni təəssübkeşliyi, rəsmi Yerevanın Gömrük və Avrasiya İqtisadi birliklərinə üzvolma prosesini sürətləndirmək üçün göstərdiyi fəaliyyət diqqətdədir. Antik dövrdə deyildiyi kimi, istənilən sirr əvvəl ya axır aşkar olur. Bu mənada Sergey Lavrovun 2005-ci ilin 17 fevralında Ermənistan rəsmi səfəri diqqət çəkir. Ermənistan prezidenti Robert Köçəryan və xarici işlər naziri Vardan Oskanyanla görüş keçirdikdən sonra o, Valeri Bryusov adına Yerevan Slavyan Universitetində tələbələrin suallarını cavablandırır. Tələbə qızın “erməni mənşəyiniz işinizə mane olmur ki” sualına Sergey Lavrov soyuqqanlılıqla belə cavab verir:

“Əslinə, mənim mənşəyim Tiflisdəndir, atam tiflislidir. Amma qanım doğurdan da erməni qanıdır. Yox, bu mənə işimdə mane olmur”.

Sergey Lavrovun şəxsi həyatına gəlincə, ucaboy (185 sm), uzun sifət və qart səsi ilə seçilən nazir Moskva Beynəlxalq İnstitutunun 3-cü kursunda tələbə yoldaşı Mariya Aleksandrovna Lavrova ilə evlənib. Mariya Lavrova həyat yoldaşı ilə tanışlığı belə xatırlayır: “Mən Seryojanı o saat gözaltı etdim. Yaraşıqlı, ucaboy və cüssəli idi. Axşamlar əlində gitara Vısotskinin səsini təqlid edirdi və bununla qızların ağlını başından alırdı”.

Cütlüyün 1 qız övladı var. Yekaterina Sergeyevna Lavrova 1983-cü ildə Nyu-Yorkda andan olub. O zamanlar Lavrov SSRİ-nin BMT-dəki daimi nümayəndəliyində çalışırdı. 2004-cü ildə xidməti vəzifəsinin dəyişməsi səbəbilə Moskvaya geri dönməli olan Lavrovun qızı Amerikada qalır. Yekaterina Lavrova Kolumbiya Universitetini bitirib. Sergey Lavrovun qızı Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibi Semyon Vinokurovun oğlu ilə ailə həyatı qurub. Yekaterina Lavrova və Aleksandr Vinokurovun toy mərasimi 2008-ci ilin sentyabrında Moskvanın mərkəzində baş tutub. Mərasim sırf pravoslav kiləsinin qaydaları əsasında həyata keçirildi. Nazirin kürəkəni Aleksandr Vinokurov “Summa” şirkətlər qrupunun prezidentidir.

2010-cu il dekabrın 5-də isə Sergey Lavrovun oğul nəvəsi dünyaya gəlib.

Şeir yazmağı, gitarada ifa etməyi sevən Sergey Lavrov futbol azarkeşi kimi “Spartak” (Moskva) klubuna da azarkeşlik edir. Bundan başqa, siqaret aludəçiliyi ilə erməni nazir bu hüququnu ciddi-cəhdlə müdafiə edir. Hətta BMT Baş katibi Kofi Annan ona təşkilatın binasında siqaret çəkməyin qadağan olunduğunu xatırladarkən “bu bina ki, sizin şəxsi mülkünüz deyil” cavabını vermişdi.

Sergey Kələntərovun uğurlu siyasi və diplomatik karyerası ermənilərin soyad dəyişdirmək praktikasında ən uğurlu nümunələrdən hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm