• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ukraynada "düşmən saytlar" bağlanacaq

  • Dünya
  • 4 Avqust 2014 23:33
  • 424 Baxış
Ukraynada "düşmən saytlar" bağlanacaq

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna İnternet Assosiasiyasına bəzi saytların ölkə ərazisində bağlanılması üçün xahiş edib. Buraya həm yerli, həm də xarici internet saytları daxildir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Xidməti həmin saytları milli düşmənçiliyi qızışdırmaqda və ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlik çağırışlarda ittiham edir.

Ukrayna İnternet Assosiasiyasının sədri Tatyana Popov da Təhlükəsizlik Xidmətindən məktub aldığını təsdiqləyib. Amma o, assosiasiyanın hansı addımlar atmağa hazırlaşdığını söyləməyib.
Qeyd edək ki, İnternet Assosiasiyasının fəaliyyəti internet şəbəkəsinin inkişafına imkan yaradan layihələrin praktik reallaşdırılmasından ibarətdir.

Buna görə də Təhlükəsizlik Xidmətinin həmin saytların bağlanması xahişi ilə gələcəkdə Ukraynanın internet provayderlərinə müraciət edə biləcəyi deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR