Ukraynanın 438 hərbçisi Rusiyaya niyə keçib? – Şok səbəb
Bizi izləyin

Dünya

Ukraynanın 438 hərbçisi Rusiyaya niyə keçib? – Şok səbəb

Ukrayna ordusunun 438 hərbçisinin Rusiya ərazisinə keçməsinin səbəbi məlum olub.

Publika.az-ın verdiyi xəbərə görə, TSN kanalına danışan hərbçilərdən biri fasiləsiz olaraq “Qrad” atəşi altında qaldığı üçün belə bir addım atmağa məcbur olduğunu bildirib.

“Terrorçular bizi fasiləsiz olaraq atəşə tuturdu. Bundan başqa briqadamız üçüncü həftə idi ki, həm silah, həm də su və qida çatışmazlığı problemi ilə üz-üzə qalmışdı. Üç həftədir ki, terrorçuların atəşi altında idik. Vəziyyətdən çıxmaq cəhdləri isə hərbi texnika və şəxsi heyət itkisi ilə nəticələnirdi”, - Ukrayna ordusunun 72-ci briqadasının hərbçisi bildirib.

O, hazırda Rusiya ərazisində olan 311 hərbçinin də geri qayıtmaq istədiyini deyib. Hərbçi onların Rusiya ərazisinə keçməsinin obyektiv tədqiq olunacağına ümid etdiyini deyib: “Axı başqa çıxış yolu yox idi. Briqada böyük itkilərlə izləşmişdi. Bu, cəsarətsizlik deyildi. Biz, sadəcə olaraq, canlı qalxanla düşmən qarşısında dayanmışdıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm