Vaşinqton etriraf etdi: “Sanksiyalar kifayət etməyib”
Bizi izləyin

Dünya

Vaşinqton etriraf etdi: “Sanksiyalar kifayət etməyib”

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hələ ki Moskvanın siyasətində dəyişikliklərə gətirib çıxarmayıb”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ağ Evin mətbuat katibi Coş Ernest keçirdiyi brifinqdə deyib.

“Biz istəyərdik ki, Rusiya Ukraynada stabilliyi pozan hərəkətlərdə iştirak etməsin. Biz istəyərdik ki, Rusiya separatçılara olan təsirdən istifadə edərək onları atəşin dayandırılmasına məcbur etsin. Biz istəyərdik ki, ruslar ağır silahların daşınmasının qarşısını almaq üçün lazımı addımlara təşəbbüs etsin. Amma bunların heç birini görmədik”, - C.Ernest deyib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub. Məlumata görə, prezidentlər sanksiyaların hər iki ölkənin maraqlarına uyğun olmadığını vurğulayıblar.
Bununla belə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı tətbi etdiyi sanksiyaları genişləndirmək niyyətində olduğunu gizlətmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm