• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ərdoğana qeyri-adi dəstək (FOTO)

  • Dünya
  • 5 Avqust 2014 07:11
  • 531 Baxış
Ərdoğana qeyri-adi dəstək (FOTO)

Almaniyada yaşayan bir türk vətəndaş baş nazir Rəcəb Tayyib Ərdoğana olan sevgisini və dəstəyini göstərmək üçün maraqlı üsula əl atıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə keçiriləcək prezident seçkilərində namizəd olan Rəcəb Tayyib Ərdoğanı Türkiyə sərhədlərindən kənarda – Avropada da dəstəkləyənlər var.

Almaniyada yaşayan Adlan Öz adlı türk vətəndaş “Porsche” markalı avtomobilini Ərdoğana dəstək məqsədilə onun şəkilləri ilə bəzəyib.

O, avtomobilin kapotuna və yan tərəflərinə Ərdoğanın şəkli ilə yanaşı, seçim kampaniyasında istifadə etdiyi loqonu da vurdurub.

Avtomobilin arxa hissəsində isə “Milli iradə, milli güc!” şüarı yazdıraraq, Ərdoğana dəstəyini nümayiş etdirib.





Xəbər lenti

DAHA ÇOX XƏBƏR