Qırıcılar Həştərxana daxil oldu
Bizi izləyin

Dünya

Qırıcılar Həştərxana daxil oldu

Rusiya Müdafiə Nazirliyi avqustun 4-dən 8-ə kimi hərbi-hava qüvvələri və hava müdafiə hissələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.

Publika.az-ın məlumatına görə, təlimlər Həştərxan vilayətinin Aşuluq poliqonunda keçirilir. Tapşırığın yerinə yetirilməsi ilə bağlı hərbi döyüş təyyarələri qərb hərbi dairəsindən mərkəzi korpusa göndəriləcək, bunun üçün Armavir, Krımsk, Mazdok, Morozovsk aerodromlarından istifadə olunacaq.

Rusiya müdafiə nazirliyinin bəyanatına görə, müharibə oyunlarına yüzlərlə təyyarənin, o cümlədən "Su-34" qırıcılarının və "Su-24" bombardmançılarının cəlb olunması planlaşdırılır. Ukraynanın şərqində hərbi döyüşlər başlanandan bəri Rusiya müntəzəm olaraq qonşu ölkə ilə sərhədlər yaxınlığında hərbi təlimlər keçirir. Sonuncu dəfə bununla bağlı skandal 2 həftə əvvəl yaranıb. Həmin vaxt ABŞ ın NATO-dakı səfiri Duqlas Lüyt Rusiyanı Ukrayna ilə sərhəddə qoşunları cəmləşdirməkdə ittiham edib.

Qeyd edək ki, Rusiya tərəfi bu iddiaları təkzib edib.

Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm