“Ərdoğan namizədlikdən çəkilsin”
Bizi izləyin

Dünya

“Ərdoğan namizədlikdən çəkilsin”

Türkiyənin müxalif partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Burdurda görüş keçirib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə prezident seçkisinə sayılı günlər qalmış vahid namizədlə çıxış edən müxalif partiyaların liderləri ölkənin müxtəlif yerlərində seçicilərlə görüşlər keçirirlər. Burdurun Ağlasun rayonuna səfər edən MHP sədri Devlet Bahçeli seçkidə real namizəd olaraq görülən baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında kəskin fikirlər səsləndirib.

“Yaxın Şərq qaynayır. Bir çox savaşın kökündə şiə-sünni məsələsi dayanır. Bunu Türkiyədə ələvi-sünni şəkli ilə yansıtmaq istəyirlər. Bunları ayırmaq olmaz. Sabah əgər burada bir alov qalxarsa, qarşısını almaq olmaz, Yaxın Şərqi də ötüb keçər. Türkiyədə insanların yığılmış hirsləri bir gün partlasa, nə ortada AKP qalacaq, nə də digər siyasi partiyalar.”

Müxalif partiya sədri keçirdiyi narahatlığı daha sonra bu cür davam edərək, AKP seçicilərinə səslənib:
“Xüsusilə AKP-yə səs verən qardaşlara səslənirəm; ya namizəd olan Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edin ki, yalan danışmaq, şər atmaq, qaralamaq kimi üslubundan əl çəksin, ya da bu namizədlikdən çəkilsin”

Qeyd edək ki, Devlet Bahçeli çıxışında onu dinləyənlərdən seçkidə Ekmeleddin İhsanoğluna səs vermələrini istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm