Poroşenko Yanukoviçə verilən güzəştləri ləğv etdi
Bizi izləyin

Dünya

Poroşenko Yanukoviçə verilən güzəştləri ləğv etdi

Ukrayna prezidenti Pyotr Poroşenko hazırda Rusiyaya sığınan keçmiş prezident Viktor Yanukoviçə verilən güzəştləri ləğv edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı eyni qərarı Yanukoviç dönəminin baş naziri Nikolay Azarov və parlament sədri Vladimir Litvinə də tətbiq edib. Qərara görə, adıçəkilən sabiq rəsmilərin maddi təminatı və dövlət tərəfindən mühafizəsi ilə bağlı 1992-2010-ci illərdə qəbul olunan prezident sərəncamlarının icrası dayandırılıb.

Xatırladaq ki, V.Yanukoviç 21 fevral tarixində Kiyevi tərk edərək Xarkova, daha sonra Rusiyaya qaçıb. N.Azarov Maydan hərəkatının qələbəsindən bir müddət əvvəl istefa verib, V.Litvin isə 2008-2012-ci illərdə parlament spikeri vəzifəsində çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm