Dünya
Aparıcı ölkəni qarışdırdı
Səudiyyə Ərəbistanı dövlət televiziyasında bir ilk
yaşanıb.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə”
dövlət televiziyasında xəbər aparıcılarından birinin başı açıq və
niqabsız canlı yayımda çıxış etməsi ölkədə böyük səs-küyə səbəb
olub.
Televiziyaya qarşı çox sayda qınaq mesajları göndərilib. TV-nin
mətbuat katibi Salih Al Muqahilif isə etdiyi açıqlamada yaranan bu
vəziyyətə görə tamaşaçılardan üzr istəyib.
“Aparıcı xəbərləri Londondakı studiyadan təqdim edib. Bu bir yayım
səhvidir, bir daha olmayacaq. Bizim inanclarımıza görə günah olan
bir şeyin nə televiziyamızda, nə də ölkəmizdə baş verməyinə icazə
vermərik. Hamı buna inansın.” – deyə, televiziyanın mətbuat katibi
açıqlamasında bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət
televiziyası 2004-cü ilin yanvar ayında fəaliyyətə başlayıb və
yayımlandığı ilk gündən xəbər aparıcıları olan qadınlar başı bağlı
və niqabda efirə çıxıblar.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...