İki çeçen batalyonu Ukraynaya müdaxilə əmrini gözləyir
Bizi izləyin

Dünya

İki çeçen batalyonu Ukraynaya müdaxilə əmrini gözləyir

Rusiya Ukrayna sərhədinə 33 min hərbçisini cəmləyib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatları Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi üçün səbəb ola bilər. M.Koval Ukraynanın dövlət sərhədinə yaxın ərazidə zərbə qruplaşmalarının yaradıldığını deyib.

“Çeçenistandan olan muzdlulardan təşkil edilən iki batalyon, həmçinin Krımdan olan hərbi qruplaşmalar Rusiyanın 23 min hərbi qulluqçusu Ukrayna sərhədi yaxınlığındadır. Bizim informasiyamıza görə, Ukrayna sərhədlərinə yaxın ərazidə Rusiyanın 160-a qədər tankı yerləşdirilib”, - deyə M.Koval hərbi müdaxilə ehtimalının yüksək olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm