İspaniya İsrailə silah satışını dayandırdı
Bizi izləyin

Dünya

İspaniya İsrailə silah satışını dayandırdı

İspaniya Qəzzaya hücumlarına görə İsrailə silah satışını dayandırıb.

Publika.az xəbər verir ki, İspaniya ən böyük silah satışını İsrailə gerçəkləşdirir. Lakin avqust ayı üçün silah ixracını təxirə salan İspaniya hökuməti bu qərarın sentyabradək uzadılması məsələsinə sonra baxacaq.

Bu qərarın keçən həftə Ticarət, Xarici İşlər və Müdafiə Nazirlərinin görüşü zamanı verildiyi məlum olub. Buna səbəb kimi İsrailin Qəzzanı bombalaması göstərilir.

İspaniya 2013-cü ildə İsrailə silah ixracını 2012-ci illə müqayisədə 87% artıraraq bu ölkəyə 4.9 milyon avroluq silah satıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm