Ukraynanın 195 hərbçisi geri qayıdıb
Bizi izləyin

Dünya

Ukraynanın 195 hərbçisi geri qayıdıb

Rusiyadan Ukrayna antiterror güclərinin 195 döyüşçüsü qayıdıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin qərargahından bildirilib.

Onların geri qayıdarkən terrorçular tərəfindən atəşə tutulduğu deyilir.

Xatırladaq ki, Ukrayna ordusunun 72-ci briqadasının 438 hərbçisi iki gün əvvəl Rusiya ərazisinə keçib. Dünən isə bunun səbəbi məlum olub. TSN kanalına danışan hərbçilərdən biri fasiləsiz olaraq “Qrad” atəşi altında qaldığı üçün belə bir addım atmağa məcbur olduğunu bildirib.

“Terrorçular bizi fasiləsiz olaraq atəşə tuturdu. Bundan başqa briqadamız üçüncü həftə idi ki, həm silah, həm də su və qida çatışmazlığı problemi ilə üz-üzə qalmışdı. Üç həftədir ki, terrorçuların atəşi altında idik. Vəziyyətdən çıxmaq cəhdləri isə hərbi texnika və şəxsi heyət itkisi ilə nəticələnirdi”, - Ukrayna ordusunun 72-ci briqadasının hərbçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm