London İrəvan və Bakını Minsk Qrupu ilə işləməyə çağırdı
Bizi izləyin

Dünya

London İrəvan və Bakını Minsk Qrupu ilə işləməyə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son qarşıdurmalarla bağlı bəyanat verib.

Publika.az-ın verdiyi xəbərə görə, bəyanatda Böyük Britaniyanın Dağlıq Qarabağdakı vəziyyətdən narahat olduğu qeyd olunub.

Nazirlik tərəfləri gərginliyi azaltmağa çağırıb.

“Ötən həftə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin pisləşməsi barədə xəbərlər daxil oldu. Xəbərlərdə qurbanların sayının çox olduğu və müasir silahlardan istifadə edildiyi deyilir. Bu iyirmi illik atəşkəs müddətində ən həyacanverici xəbərlərdir. London İrəvan və Bakını 1994-cü ildə qəbul olunan atəşkəs rejimi barədə sazişə riayət etməyə çağırır. Biz həmçinin tərəfləri sülh razılaşmasının əldə olunması üçün ATƏT-lə işləməyə çağırırıq”, - Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm