• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskva Qərblə müharibəni “İskəndər-M”lərlə aparacaq

  • Dünya
  • 5 Avqust 2014 13:30
  • 2 948 Baxış
Moskva Qərblə müharibəni “İskəndər-M”lərlə aparacaq

Silahlanma üzrə dövlət proqramına uyğun olaraq 2018-ci ilə qədər Rusiya quru qoşunlarının raket briqadaları ən yeni silahlar və hərbi texnika ilə təmin edilməlidir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi müşavirədə deyib.

Onun sözlərinə görə, quru qoşunlarının xüsusi olaraq “İsgərdər-M” raket kompleksləri ilə təmin olunmasından gedir. Müdafiə naziri hazırda bu komplekslərin saxlanılması üçün anbarların yaradılması istiqamətində aktiv iş aparıldığını bildirib.

“İsgəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

“İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib. Hərbi ekspertlər hesab edir ki, “İsgəndər-M” raket kompleksləri “S-400” zenit-raket kompleksi və “Su-34” qırıcıları ilə birlikdə Qərblə mümkün hərbi qarşıdurmada Moskvanın gücünün əsası olacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR