• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Saakaşviliyə qarşı yeni ittiham: “Deputatı döyüb“

  • Dünya
  • 5 Avqust 2014 13:33
  • 816 Baxış
Saakaşviliyə qarşı yeni ittiham: “Deputatı döyüb“

Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşvili və sabiq baş nazir Vano Merabişviliyə qarşı yeni ittiham irəli sürüb.

Publika.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Mixail Saakaşvili və Vano Merabişvili 2005-ci ildə həmin vaxt Gürcüstan parlamentinin deputatı olan Valeri Qelaşvilini döyməkdə günahlandırılırlar.

Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbiri kimi qiyabi həbs hokmü çıxarıb. Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inaqurasiyasından sonra ölkəni tərk edib və bir daha geri qayıtmayıb.

Bundan sonra isə Gürcüstanın sabiq prezidenti və keçmiş iki nazir - Zurab Adeişvili ilə David Kezeraşvili Tiflis apelyasiya məhkəməsinə müraciət edib. Mixail Saakaşvili ilə yanaşı, Zurab Adeişvili və David Kezeraşvili də vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Saakaşvili və onun yaxın ətrafı isə iddiaların saxta və sifarişli olduğunu bildirir. “Məhkəmə bizim tərəfimizdən təqdim edilən arqumentləri nəzərə almadı. İttiham haqqında qətnamə heç bir sübut olmadan çıxarılıb. Prokurorluq əvvəlcə ittihamı təqdim edib, daha sonra isə Burdjanadzeni (parlamentin keçmiş sədri) sorğu-sual etməyə və sübutları yaratmağa başlayıb. Konkret hədəf Mixail Saakaşvili və onun yaxın ətrafıdır. Qalanlar onları maraqlandırmır. Bu isə onu göstərir ki, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi siyasi sifarişdir”, - vəkil Otar Kaxidze deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR