Ebola dəhşəti ABŞ-a da çatdı
Bizi izləyin

Dünya

Ebola dəhşəti ABŞ-a da çatdı

Nyu-York xəstəxanası avqustun 4-də Ebola virusuna yoluxduğu güman edilən pasiyenti qəbul edib.

"Mount Sinal" hospitalında yerləşdirilən pasiyent yüksək qızdırması, kəskin boğaz ağrısından əziyyət çəkir. O, bu yaxınlarda Ebola virusunun yayıldığı Qərbi Afrika ölkələrinin birindən ABŞ-a qayıdıb. Onun Ebola virusuna yoluxub-yoluxmadığını iki-üç günə analizlər göstərəcək.

Nigeriyadan gələn son məlumatlara görə, virusa yoluxmuş daha bir nəfər vəfat edib.

Ebola virusu artıq bir neçə Afrika ölkəsində yayılıb. 890-a yaxın adamın bu virusdan öldüyü deyilir.

Ölümcül infeksiya sayılan Ebola ilə mübarizə yolları hələlik tibbə məlum deyil. Onun ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm