Ərdoğan: “Biz Gülənin gəlişini gecikdirdik” - CAVAB
Bizi izləyin

Dünya

Ərdoğan: “Biz Gülənin gəlişini gecikdirdik” - CAVAB

Baş nazir R.T.Ərdoğan Fətullah Gülənin sonuncu qarğışına cavab verib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyə baş naziri Ərdoğan Fətullah Gülənın son qarğış videosu haqqında danışan zaman deyib: “Pensilvaniyadan onları lənətləyən bir söz eşitdinizmi? Gəzi hadisələri, 17 dekabr, 25 dekabr hadisələri çevrilişə cəhddir. Əgər 17-25 dekabr çevrilişi gerçəkləşsəydi, indi Pensilvaniyadakı başqa cür danışardı. Əgər 17-25 dekabr çevrilişi gerçəkləşsəydi, o, Türkiyəyə qayıdacaqdı. Biz onun gəlişini gecikdirdik. İndi onların son çırpınmalarıdır”.

Xatırladaq ki, Fətullah Gülən son çıxışında Ərdoğanın ittihamlarına cavab olaraq “kim dövlət içində dövlət yaratmaq istəyirsə, Allah onun bəlasını versin” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm