Anası azərbaycanlı, atası erməni olan uşaq ölkədən qovulur
Bizi izləyin

Dünya

Anası azərbaycanlı, atası erməni olan uşaq ölkədən qovulur

Anası azərbaycanlı, atası erməni olan uşaq ölkədən qovulur

Yerli orqanlar anası azərbaycanlı olduğuna görə Baqratı azərbaycanlı hesab edir.

Valideynləri azərbaycanlı və erməni olan məktəbli Baqrat Oqanisyan Fransanın Marsel şəhərində saxlanılıb.

Publika.Az AzNew.az-a istinadən xəbər verir ki, erməni mətbuatının verdiyi məlumata görə, yanvarın 25-də saxlanılan məktəbli “Sərhədsiz təhsil” şəbəkəsinin müdaxiləsindən sonra sərbəst buraxılsa da Fransa ərazisində qeyri-qanuni yaşadığına görə deportasiya oluna bilər.

Şəbəkənin internet saytında yer alan məlumatda bildirilir ki, şagirdin təhsil aldığı liseyin rəhbərliyindən də şikayət edilib.

Məktəblinin Fransadan deportasiya edilməsi ilə bağlı qərardan apelyasiya şikayətinə bu gün baxılacaq.

Qeyd edək ki, Baqratın anası azərbaycanlı, atası isə ermənidir. Ailə 3 övladı ilə bərabər 2009-cu ildə Rusiyadan Fransaya gələrək sığınacaq istəyib.

Buna səbəb kimi Rusiyada həyatlarına təhlükə olduğunu bildiriblər. Ancaq onların sığınacaq tələbi rədd edilib və ölkəni tərk etmələri tələb olunub.

2013-cü ilin iyulunda Apelyasiya məhkəməsi deportasiya qərarını ləğv edib. Buna baxmayaraq onlara indiyə qədər Fransada status verilməyib.

Yerli orqanlar anası azərbaycanlı olduğuna və atası Azərbaycanda dünyaya gəldiyinə görə, Baqratı azərbaycanlı hesab edir.

Baxmayaraq ki, Baqratın soyadı erməni soyadıdır və azərbaycanlı olması ilə bağlı heç bir sənədi yoxdur. Baqrat Abxaziyada doğulub və Rusiyada yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm