Tənbəllərin olimpiadası başlayır
Bizi izləyin

Dünya

Tənbəllərin olimpiadası başlayır

Çernoqoriyada tənbəllərin olimpiadası start götürəcək.

Publika.az “Austrian Times” qəzetinə istinadən xəbər verir ki, adi olimpiadalardan fərqli olaraq, bu tədbir mövzusuna görə çox da reklam edilmir.

Amma bu yarışı izləməyə xeyli turist təşrif buyurur.

Olimpiadanın proqramı cəmi bir yarışdan ibarətdir. Palıd ağacının kölgəsində ən çox hərəkətsiz qalan idmançı birinci yeri qazanır.

Keçən il turnirin qalibi Nikita Bajiliç olmuşdu. O, 32 saat hərəkət etmədən palıdın altında dincəlmişdi. Qalibi 200 Britaniya funt sterlinqi məbləğində mükafat gözləyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm