Rusiyanın “MİQ-29” qırıcıları Ermənistan səmasında uçuşlara başladı
Bizi izləyin

Dünya

Rusiyanın “MİQ-29” qırıcıları Ermənistan səmasında uçuşlara başladı

Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşən hərbi aviasiya bazasında “MİQ-29” qırıcılarının gecə uçuşları başlayıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, dördüncü nəsil döyüş təyyarələrinin

uçuşlarını təcrübəli pilotların rəhbərliyi altında gənc pilotlar həyata keçirir.

Məlumata görə, gənc pilotlar gecə uçuşları ərəfəsində yüksək dağlıq şəraitində uçuş hazırlığı keçib. Pilotlar

gecə uçuşlarının əsas elementlərini yerinə yetirəcək, o cümlədən buludlarda idarəetmənin texnikasına

yiyələnəcək və kiçik hündürlüklərdə şərti düşmənin yerüstü hədəflərinə hücumun müxtəlif növlərini icra

edəcək.

Gecə uçuşlarının həm də Ermənistan hərbi qulluqçuları ilə birgə keçiriləcək təlimlərə hazırlıq xarakteri

daşıdığı deyilir. Məlumata görə, gələn ay “Alaqyaz” və “Baqramyan” tədris-təlim komplekslərində birgə

təlimlərin keçirilməsi planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm