Dünya tərsinə çevrilir
Bizi izləyin

Dünya

Dünya tərsinə çevrilir

Qlobal iqlim dəyişikliyi dünyanın bir sıra ölkələrdən fəsil dəyişikliyinə səbəb olub. Bu mövsümdə temperaturun xeyli yüksək olduğu Türkiyədə tez-tez yağışlar yağır, Baltikyanı ölkələr Latviya və Litva isə soyuq ölkələr olsalar da, hazırda xeyli isti günlər yaşayırlar. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkələrdə 36.7 dərəcəyə yüksələn temperatur rekord nəticə hesab edilir. Rəsmilərin sözlərinə görə, sonuncu dəfə belə temperatur 1943-cü ildə Latviyada müşahidə edilib və 36.4 dərəcə olub.

Latviya və Litvada yay fəslində temperatur maksimum 14-22 dərəcə arasında dəyişib. İndi bu ölkələrin sakinləri hovuz kənarından ayrılmır.

Baltikyanı ölkələrdə temperatur yüksəldiyi halda, Avstriyanın Salzburg şəhəri və Tirol bölgəsində normadan artıq yağan yağışlar selə səbəb oldu. Bir neçə gün əvvəl İsveçrənin cənubuna 13 min ildırım düşüb. Bu da bir neçə evdə elektrik verilişində problem yaradıb.

Kambocanın 13 müxtəlif bölgəsində müşahidə edilən sel nəticəsində 5 nəfər ölüb. Sel bir çox bölgədə dağıntıya səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm