Saakaşvili deputatı döyməkdə ittiham olunur
Bizi izləyin

Dünya

Saakaşvili deputatı döyməkdə ittiham olunur

Gürcüstanın baş prokurorluğu ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı səlahiyyət həddini aşması ilə bağlı yeni ittiham irəli sürüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvilinin adı bu dəfə 2005-ci ildə Gürcüsyan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində keçir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir.

İstintaqdan verilən məlumata görə, deputatın Saakaşvilinin qəzəbinə gəlməsinə səbəb onun Gürcüstanın “Rezonansi” qəzetindəki müsahibəsi olub. Qelaşvili müsahibədə bəyan edib ki, president Saakaşvili onun Tbilisinin Avlabar rayonundakı şəxsi mülkiyyətini özünə saray tikmək üçün alıb. Prokurorluğun məlumatına görə, .2005-ci il iyulun 14-də Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatlar departamentinin əməkdaşları Qelaşvilinin avtomobilini mühasirəyə alaraq onu möhkəm döyüblər. Nəticədə müxalifətdə olan deputat kəllə-beyin travması alıb. Əgər Saakaşvilinin bu ittiham üzrə təqsiri sübut olunarsa, onu 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə gözləyir.

Qeyd edək ki, bu, səlahiyyət həddini aşdığı üçün Gürcüstanın keçmiş prezidenti Saakaşıviliyə qarşı qaldırılan ikinci cinayət işidir. İstintaqın versiyasına görə, Saakaşvili 2007-ci il noyabrın 7-də Tbilisidəki mitinqin dağıdılması, “İmedi” televiziya şirkətinin talan edilməsi və mərhum oliqarx Badri Patarkatsişvilinin mülkiyyətinin mənimsəməkdə də təqsirkar bilinir.

Saakaşvili Gürcüstandan 2013-cü ilinoyabrında gedib və indiyədək ABŞ-da yaşayır. Tbilisi şəhər məhkəməsi avqustun 2-də onun bu cinayətlərə görə qiyabi həbs olunması haqda qərar çıxarıb.

Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm