Kremlin gerçəkləşən qorxusu: Rasmussen Kiyevə nə üçün gəlir?
Bizi izləyin

Dünya

Kremlin gerçəkləşən qorxusu: Rasmussen Kiyevə nə üçün gəlir?

Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmessen 7 avqustda Ukraynaya qısamüddətli səfər edəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Ukraynadakı missiyanın başçısı İqor Dolqov bildirib.

O, səfərin NATO sammiti ərəfəsində ərəfəsində edildiyinə diqqət çəkib. Hərbi alyansın qarşıdakı sammiti 4-5 sentyabr tarixlərində Uelsdə keiriləcək. Sammit çərçivəsində Ukrayna-NATO birgə komissiyasının iclası planlaşdırılıb.

“NATO baş katibi Kiyev səfərində Ukrayna rəhbərliyi ilə görüşəcək və fikir mübadiləsi aparılacaq ki, biz sammitə nə ilə gedirik. Səfərdə Ukraynanın aktual problemləri və Ukrayna-NATO əməkdaşlığının perspektivləri haqqında NATO baş katibinin fikirlərinə eşitmək imkanına malik olacağıq”, - Dolqov qeyd edib.
O, Rasmussenin səfərinin bir neçə saat davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsindən sonra verdiyi bir açıqlamada ümid etdiyini bildirib ki, Uels sammitində NATO-nun “açıq qapı” siyasətinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul ediləcək.

Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yaxın vaxtlarda ittifaqın genişlənməsini “soyuq müharibə dövrünün başlanması" kimi dəyərləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm