Dünya
İŞİD vaxt verdi: “Ya müsəlman olun, ya da...”
İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror
təşkilatından qaçan minlərlə yezidi kürdü müqəddəs məbədi sayılan
Duhokdakı Laleşə sığınıb.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu” xəbər
agentliyinə yezidi kürdlərin ruhani lideri Baba Şeyx
bildirib.
Baba Şeyx İŞİD-in onlara “ya müsəlman olun, ya da ölün” deyərək
təhdid etdiyini söyləyib. Şeyxin sözlərinə görə, İŞİD qərar vermək
üçün onlara biir neçə saat vaxt verib və bu müddətdə bölgəni tərk
etmək mümkün olub.
Ruhani lider hazırda 30 minə qədər yezidi kürdün Sincar dağında
qaldığını söyləyib. Təxminən 45 uşağın susuzluqdan öldüyünü deyən
Baba Şeyx qaçırılan 50 qadının da Telafər hava limanında
saxlanıldığını ifadə edib.
Yezidi kürdlər daha çox İraqın Mosul və Duhok vilayətlərində
yaşayır. İraqda onların sayı 500 minə yaxındır. Son dövrdə onların
bir qismi müxtəlif hücumlara məruz qaldığı üçün Avropa ölkələrinə
köçüb.
Tarixi və dini qaynaqa görə, yezidilik atəş, günəş və suyun
müqəddəs sayıldığı bir inanc şəklidir. Bir yezidin başqa bir dinə
qəbul etməsi ən böyük günah sayılır.
Ömər Dağlı
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR