Rusiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırır
Bizi izləyin

Dünya

Rusiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırır

Rusiya Federasiyası Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırır.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin jurnalistlərə açıqlamasında bildirib.

O, ölkəsinin narahatlığını Ukraynada getdikcə pisləşən humanitar vəziyyətlə bağlı olduğunu deyib.

Daimi nümayəndə Ukrayna səmasında vurulan “Boinq-777” sərnişin təyyarəsinin ölən sərnişinlərinin şəxsi əşyalarını qarət edən insanları soyğunçu hesab etmədiyini bildirib. Qeyd edək ki, hadisəni araşdıran ekspert qrupu sərnişinlərin əşyalarının qarət olunduğu iddiası ilə çıxış edib. Bu iddianı Ukrayna hakimiyyəti də dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm