Rusiya Şərqi Avropaya sanksiya tətbiq etdi - Cavab
Bizi izləyin

Dünya

Rusiya Şərqi Avropaya sanksiya tətbiq etdi - Cavab

Rusiya ABŞ və AB-nin sanksiyalarına meyvə və tərəvəz idxalında qadağalarla cavab verib.

Axar.az xəbər verir ki, bu sanksiyalar Şərqi Avropa ölkələrinə şamil olunub.

Polşa, Moldova və Ukraynadan idxal olunan meyvə və tərəvəz məhsullarında ciddi qadağaların qoyulması Avropa ölkələrinin büdcəsinə milyonlarla dollar ziyan vura bilər. Polşa Baş nazirinin müavini, İqtisadiyyat naziri Janus Pieçoçinski Rusiyanın meyvə və tərəvəz məhsullarına qoyduğu qadağanın Polşa iqtisadiyyatına 700 milyon dollar ziyan vuracağını bildirib. Nazir Ukraynaya ixrac olunan məhsulların 40 faiz, Rusiyaya ixrac olunan məhsulların isə 20 faiz gerilədiyini bildirib. Rusiya rəsmiləri isə bu qadağanın ABŞ və AB-nin Rusiyaya sanksiyalar tətbiq etməsi ilə bağlı olmadığını bildirib. Rusiya Səhiyyə Nazirliyi səbəb kimi idxal olunan məhsullarda keyfiyyət çatışmazlığını göstərib.

Xatırladaq ki, Rusiya Polşanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkədir. Polşadan cari ildə 840 min ton meyvə və tərəvəz Rusiyaya ixrac olunub. Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq “Makdonalds”, KFC və “Burger King” restoranlarında yoxlamalar aparmaqla bərabər, Avstraliyadan inək, Latviya və Litvadan donuz idxalını da azaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm