Obamadan açıqlama
Bizi izləyin

Dünya

Obamadan açıqlama

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Afrikada 33 milyard dollar məbləğində başlıca və uzun müddətli investisiya qoyuluşlarına başlayacağını elan edib.

ANS PRESS-in məlumatına görə, Vaşinqtonda ABŞ-Afrika Biznes forumunda danışan cənab Obama yeni investisyialar və maliyyənin həm Afrika ölkələri, həm də Amerikada iş yerlərinin açılmasına xidmət edəcəyini deyib. Maliyyə investisiyaların böyük hissəsi Coca Cola və İMB kimi özəl şirkətlər tərəfindən ediləcək.

Barak Obama ABŞ-ın Afrikada maraqlarının zəngin təbii ehtiyatlarla məhdudlaşdırılmadığını deyib. O, Afrika ölkələri ilə ABŞ arasında ticarət dövriyyəsinin hələ də yüksək həcmdə olmadığını deyərək bunun daha yaxşı səviyyəyə gətirilə biləcəyini əlavə edib.

ABŞ-Afrika Biznes forumu çərşənbə gününə qədər davam edəcək.

VOA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm