Dünya
Rusiya Ukrayna ilə sərhəddə əsgərlərin sayını artırır
NATO Rusiyanın Ukrayna ilə sərhəddə son günlər əsgəri
qüvvəsinin sayının 20 min nəfərə çatdıraraq, tanklar, quru və
xüsusi təyinatlı qüvvələr və hərbi təyyarələrin sayını artırdığını
bildirib.
Publika.az-ın məlumatına görə, NATO rəsmisi bu açıqlamanı
Vaşinqtonda verib. Bununla yanaşı, ABŞ Müdafiə nazirliyinin rəsmisi
"Amerikanın Səsi"nə Rusiyanın sərhədə tanklar və raket atan
qurğular daxil olmaqla, daha artıq texnika yerləşdirdiyini
deyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy
Lısenko Rusiyanın sərhədə 45 min nəfərdən ibarət hərbi qüvvə, eləcə
də tanklar, artilleriya, bir neçə raket atan qurğu və təyyarə
yerləşdirdiyini bildirib.
Lısenkonun sözlərinə görə, 24 saat ərzində Ukraynanın şərqində
Rusiya tərəfdarı separatçılarla döyüşdə üç Ukrayna əsgəri
öldürülüb, 46 əsgər yaralanıb. O həmçinin Rusiya qüvvələrinn bazar
ertəsi sərhəd bölgəsində bir neçə saat ərzində Ukrayna qüvvələrinin
mövqlərini artilleriya və Qrad tipli raketlərdən atəşə tutduğunu
deyib.
Lısenko Ukraynanın şərqində separatçıların iki güclü
istinadgahından biri olan Donetsk şəhərinin nəzarətinin geri
alınması üçün əməliyyatlara hazırlıqların getdiyini bildirib.
Müdafiə nazirliyinin sözçüsü detallara varmayıb.
Bu arada, Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarına
cavabı müzakirə etmək üçün kabinet üzlərinin iclasını keçirilməsi
haqda göstəriş verdiyini bildirib.
Birləşmiş Ştatlar və onun müttəfiqləri Krımın ilhaqı və Ukraynanın
şərqində separatçılara dəstəklə əlaqədar Rusiyaya qarşı bir neçə
dəfə sanksiyalar tətbiq edib.
VOA
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO