İsrail bu qızı kor qoydu (FOTO)
Bizi izləyin

Dünya

İsrail bu qızı kor qoydu (FOTO)

2 minə yaxın fələstinlinin öldüyü İsrail-Fələstin qarşıdurmasında minlərlə insan isə yaralı olaraq həyatlarını davam etdirirlər.

ANS PRESS-in məlumatına görə, fələstinli 9 yaşlı Dina adlı qız da bu qarşıdurmanın qurbanı olub. O, hücum zamanı yaxınlığa atılan raket zərbəsi zamanı qorxusundan gözlərini yumub və indi aça bilmir. Həkimlər də ümidverici bir söz söyləmirlər. Hücum təkcə onun gözlərində yox, eləcə də bədəninin bir çox hissələrində yanıq izləri qoyub.

Yaralı Dinanın xəstəxanada yanından ayrılmayan bibisi qayğısına qalır. O, bu günahsız körpələrin ahlarının yerdə qalmayacağını bildirir.

Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm