Ukrayna casus müharibəsini etiraf etdi
Bizi izləyin

Dünya

Ukrayna casus müharibəsini etiraf etdi

Təhlükəsizlik xidməti və Ukrayna DİN ölkənin şərqində olna separartçılar arasında casusların çoxaldılması üzrə işlər aparır.

ANS PRESS-in məlumatına görə, bu barədə çərşənbəyə keçən gecə DİN müşaviri Anton Qeraşenko bildirib.

Onun fikrinə görə separatçılarla ən effektli mübarizələrdən biri onlarına arasında öz agentlərinin olmasıdır. “Biz DİN və Ukrayna təhlükəsizlik xidməti birgə terroristlər arasında casus şəbəkəsinin genişləndirilməsi üçün işlər görürürk ”- deyə Qeraşenko öz Facebook səhifəsində qeyd edib.

Qeyd edək ki, Ukraynada çevriliş edən yeni hakimiyyətlə barışmayan qüvvələr 2014-cü ilin fevral ayından kütləvi etirazlara başlayıblar. Rus yönlü Ukrayna vətəndaşlarının müqvimətinin mərkəzi Donbas seçildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm