Türkiyədə yeni həbs dalğası
Bizi izləyin

Dünya

Türkiyədə yeni həbs dalğası

Türkiyədə “paralel dövlət”ə qarşı keçirilən istintaq əməliyyatları çərçivəsində ötən gün daha bir neçə polis əməkdaşı saxlanılıb. İstanbul şəhər polisləri qanunsuz telefon dinləmələri ittihamları ilə həbs olunublar.

Baş nazir Rəcəb Tayyib Ərdoğan isə "paralel dövlət" olmaqda ittiham etdiyi sistemə qarşı axıra qədər mübarizə aparacağını deyib.

“Görünən həqiqət odur ki, bunlar mənim beynəlxalq səviyyədə keçirdiyim görüşləri - Fələstin lideri Mahmud Abbas və Həmas lideri Xalid Məşəl ilə telefon danışıqlarımı dinləyiblər. Bütün bu faktlar ortada ikən bizim bu məsələyə fərqli mövqedən yanaşmamız necə mümkün ola bilər. Onlar bütün bu dinələmələri təhlil edərək hökumətə qarşı necə ittihamlar irəli sürmək lazım olduğunu müəyyən etməyə çalışıblar. Paralel dövlət ölkəmizə dair Amerika konqresində, Avropada yalnış fikirlər formalaşdırıb. Vaxtı gəldikdə bunlar hamısı ortaya çıxarılacaq”.

Adanada Ərdoğanın seçki kampaniyası avtomobili hücuma məruz qalıb. Naməlum silahlı şəxslər əllərində bıçaq və dəyənəklərlə avtomobilin qarşısını kəsib, daha sonra ona zərbələr endiriblər. Sürücü vəziyyətlə əlaqədar təhlükəsizlik qüvvələrindən kömək istəyib.

İHA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm