Amerika yəhudilərindən Qarabağ bəyanatı
Bizi izləyin

Dünya

Amerika yəhudilərindən Qarabağ bəyanatı

Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov (Vaad L Hatzolas Nidchei Yisroel) son zamanlar cəbhə bölgəsində erməni silahlı birləşmələrinin atəşkəsi pozması nətəcisəində 10-dan artıq Azərbaycan hərbçinin ölümü ilə əlaqədar bəyanat verib.

O bildirib ki , Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu azmış kimi, mütəmadi olaraq atəşkəs rejimini pozur. Amerikan Yəhudiləri Yardım Təşkilatı olaraq Ermənistanı BMT-nin 4 qətnamasəni yerinə yetirməyə və dərhal işğalçı əməllərinə son qoymağa çağırırıq. Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq. Mən şəhid olan insanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm