Telekanal terrorla əməkdaşlıqda suçlanır
Bizi izləyin

Dünya

Telekanal terrorla əməkdaşlıqda suçlanır

Qətərin “Əl-Cəzirə” televiziya kanalının 20 jurnalisti Misirdə məhkəmə qarşısına çıxarılacaq. Telekanalın əməkdaşları terrorçu qruplaşmaya üzvlük, terrorçularla iş birliyinə girmə və Misirin milli təhlükəsizliyi üçün təhlükə yaradacaq yalan məlumatlar yaymaqda ittiham olunur.

“Assosiated Press”-in xəbərinə görə, prokurorluğun bəyanatında qeyd olunur ki, ittiham olunan şəxslər arasında həmçinin Niderland, 2 Britaniya və Avstraliya vətəndaşları da var. Dövlət ittihamına görə, onların hamısı yalan məlumatlar yaymaqla “terrorçu təşkilatlar”a yardım göstərib. Bəyanatda həmçinin vurğulanır ki, 20 jurnalistdən ibarət qrup informasiya şəbəkəsi yaradıb. Onlar məlumatları saxtalaşdırmaqla terrorçu qruplaşmalara məqsədlərinə nail olmağa və ictimai rəyə təsir etməyə kömək edib.

Səkkiz jurnalist artıq həbs olunub. Onların arasında telekanalın 3 əməkdaşı da var. Digərlərinin şəxsiyyəti hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm