Ev sahibi dayəni döydü
Bizi izləyin

Dünya

Ev sahibi dayəni döydü

Ev sahibi 5 yaşlı qızının dayəsini döyərək ona ağır bədən xəsarəti yetirib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iş adamı Nuri Gun həyat yoldaşı ilə birlikdə evə gələrkən dayənin uşağı icazəsiz evdən çıxarmasına etiraz ediblər. Bundan əsəbiləşən valideynlər Özbəkistan vətəndaşı Dilnoza İsmatovaya zəng edərək evə gəlməsini tələb ediblər.

D.İsmatova geri dönərkən ev sahibinin və həyat yoldaşının hücumuna məruz qalıb. Evdəki səs-küydən xəbər tutan qonşular dərhal polisə xəbər veriblər. Dayəni iş adamı Nur Günün əlindən hadisə yerinə gələn polislər alıb.

İddiaya görə, iş adamı Nuri Gün dayəni dəmir çubuqla döyüb, nəticdə qadın iki qolunun və 1 ayağının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

3 uşaq anası olan D.İsmatova polisə ifadəsində bildirib ki, Özbəkistana gedən bir dostuna pul borcu vardı. Həmin pulu ödəmək üçün evdən çıxıb, lakin konturu olmadığından valıdeynlərə xəbər verməyib və 5 yaşlı uşagı da özü ilə aparmaq məcburiyyətində qalıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm