İŞİD 8 min yezidi kürdünü edam etdi
Bizi izləyin

Dünya

İŞİD 8 min yezidi kürdünü edam etdi

İŞİD Kürd Muxtariyyatına aid olan ərazilərdə, Dahul vilayəti istiqamətində hərbi əməliyyatları davam etdirir.

İslamçılar Sincar və Zumar şəhərlərini ələ keçiriblər. Bu şəhərlərin əhalisi milliyyətcə yezidi kürdləridir.

Publika.az Livan mətbuatına istinadən məlumat verir ki, kürd qruplaşmaları şəhərləri müqavimətsiz tərk ediblər. Yezidi kürd qəsəbəsini ələ keçirən İŞİD kütləvi edamlar edib. 8 min yezidi kürdü öldürülüb. 200 min nəfər isə məhv edilmək qorxusu qarşısında öz yaşayış yerlərini tərk ediblər.

İraqdakı yezid icmasının rəhbəri Tahsin Səid BMT, ABŞ, İraq, Kürdüstan rəhbərliyinə müraciət edərək İŞİD-in etnik təmizləmə siyasətinin qarşısının alınmasını xahiş edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm