Soçi görüşü öncəsi İrəvandan Putinə xatırlatma: “Buna ehtiyac yoxdur”
Bizi izləyin

Dünya

Soçi görüşü öncəsi İrəvandan Putinə xatırlatma: “Buna ehtiyac yoxdur”

“Münaqişə zonasında beynəlxalq sülhməramlıların yerləşdirilməsinə heç bir ehtiyac yoxdur”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan müdafiə naziri Seyran Ohanyan mətbuat konfransında deyib.

Ermənistan ordusunun gücünə inandıqlarını deyən nazirin sözlərinə görə, adekvat cavab üçün sülhməramlılara ehtiyac yoxdur.

Qeyd edək ki, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Moskvanın planları barədə Ermənistanda açıq şəkildə danışırlar. Erməni ekspertləri hesab edir ki, prezidentlərin Soçi görüşündə də bu məsələ Rusiya prezidenti Vladimir Putin tərəfindən danışıqlar masasına qoyulacaq. Ermənistan müdafiə nazirinin Soçi görüşündən bir neçə gün əvvəl belə bir açıqlama verməsi də bu baxımdan təsadüfi sayıla bilməz. Bundan əvvəl də Ermənistan xarici işlər naziri münaqişə zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyac olmadığını bildirmişdi.

Moskvada isə iddia edirlər ki, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi planı məhz Vaşinqtona məxsusdur.

Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Modest Kolerov Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşə toxunarkən bildirib ki, bu görüş baş tutacağı halda ABŞ öz planını reallaşdırmağa çalışacaq: “Amerikanın planına görə, gərginliyin azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə Qarabağa Amerika sülhməramlıları girəcəklər. Qarabağ isə onun ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq. Beləliklə, ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm