Dünya
Ermənilər təlaşda: “Sanksiyaların nəticələrini artıq hiss edirik”
“Qərbin Rusiyaya qarşı sanksiyalarının mənfi nəticələri artıq Ermənistanda hiss edilir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzet qeyd edir ki, 2013-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Ermənistana köçürülən pulun məbləği 369,5 milyon dollar idisə, cari ilin eyni dövründə bu göstərici 364,1 milyon dollar təşkil edib. Yalnız 2013-cü ilin iyununda Ermənistana 141 milyon dollardan çox pul köçürülüb. Bu ilin iyununda da 134 milyon dollar pulun köçürüldüyü qeydə alınıb.
Bu günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Avrasiya İttifaqına giriş ölkənin strateji və iqtisadi maraqlarına uyğun gəlir: “Bu quruma Ermənistanın üzvlüyünə heç bir şübhə etməmək lazımdır”.
Dünən isə Ermənistan üçün heç də xoş olmayan bir xəbər yayıldı. Məlum olub ki, bu ilin ilk altı ayında Avrasiya İttifaqına üzv olan Rusiya, Belarus və Qazaxıstanla Ermənistanın ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalıb.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?